AZ

Azərbaycan 10 milyard dollarlıq neft satıb

Azərbaycan bu ilin yanvar-avqust ayları əzində 10,3 milyard dollar dəyərində 16,4 milyon ton neft ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ölkənin neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 8,2%, həcm baxımından isə 11% azdır.

Əlavə edək ki, neft ixracının ümumi ixracda payı 56,5% təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
5
hit.az

6Mənbələr