AZ

Şəkidə yol qəzası olub, xəsarət alanlar var

Şəki rayonunda baş verən yol qəzasında xəsarət alanlar var.

"Far.Az"un Şimal-qərb bürosunun məlumatına görə, qəza rayonun Cəfərabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Kiçik Dəhnə kənd sakini Röyal Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobillə Rəhman Mustafayevin idarə etdiyi "Changan" markalı avtomobil toqquşub.

Nəticədə "Changan"ın sürücüsü R.Mustafayev və maşındakı sərnişin xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
2
far.az

3Mənbələr