Azərbaycanda gələn ildən auditlərin açıqlanma nisbəti 70 % olacaq.
“İki sahil” xəbər verir ki, bunu Palatanın sədri Vüqar Gülməmmədov Bakıda keçirilən, "Auditor xidməti haqqında" qanunun 30 illiyinə həsr olunmuş "Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq" mövzusunda beynəlxalq konfransda bildirib.
“2021-ci ildə audit portfelinin 54 %-i açıqlanarkən, bu göstərici 2022-ci ildə 60 %-ə, 2023-cü ildə isə 64 %-ə yüksəlib. 2025-ci il üzrə isə açıqlanma nisbətinin 70 %-ə çatdırılması hədəflənir. Həm beynəlxalq standartlara, həm də milli qanunvericiliyə uyğun olaraq, bütün audit nəticələri Parlamentə təqdim edilir”, - deyə o qeyd edib.