AZ

TDT ölkələri enerji sektoru üzrə Birgə Kommünike imzalayıblar

Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin dördüncü iclasının yekunlarına dair Birgə Kommünike imzalanıb.

Energetika Nazirliyinin məlumatına görə, kommünikedə TDT-nin Enerji Əlaqələndirmə Komitəsinin, Texnologiya və Yaşıl Təşəbbüslər üzrə Regional Mərkəzinin və yaşıl enerji dəhlizlərinin yaradılmasına dəstək ifadə olunub.

Həmçinin sənəddə türk dövlətlərinin 15 noyabrda Bakıda keçiriləcək COP29 Enerji Günündə fəal iştiraka hazır olduqları əksini tapıb.

Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə müşahidəçi dövlətlərdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
vergiler.az

1Mənbələr