AZ

Beynəlxalq Mühasiblər Federasiyasının Prezidenti UNEC-də olub - FOTOLAR

Beynəlxalq Mühasiblər Federasiyasının (#IFAC) prezidenti xanım Asma Resmouki bu gün Bakı Dövlət İqtisad Universitetində (UNEC) rəsmi səfərdə olub. UNEC-in rektoru professor Ədalət Muradovla keçirilən görüşdə, mühasiblərin hazırlığı, universitetin MBA proqramı üzrə mühasibat uçotu ixtisaslaşmasının əldə etdiyi ACCA akkreditasiyası və digər mühüm məsələlər müzakirə olunub.

QHT.az xəbər verir ki, görüş zamanı Asma Resmoukiyə UNEC-in mühasibat uçotu üzrə MBA proqramının ikinci dəfə beş il müddətinə ACCA akkreditasiyasından keçdiyi, MBA magistlərinin F1-F9 fənlərindən azad olmaları və UNEC-də Kompüter Əsaslı ACCA İmtahan Mərkəzinin yaradılması barədə ətraflı məlumat verilib. Bu akkreditasiya UNEC-in beynəlxalq mühasibat standartlarına uyğunluğunu təsdiqləyir və tələbələrə beynəlxalq mühasibat sertifikatları əldə etməyə imkan tanıyır.

Tərəflər arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib və iki tərəfli əməkdaşlığın inkişafı üçün bir sıra yeni təşəbbüslərin irəlilədilməsi qərara alınıb. Asma Resmouki UNEC-in mühasibat uçotu və maliyyə təhsili sahəsindəki uğurlarını yüksək qiymətləndirərək, bu sahədəki əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini ifadə edib.

Bu səfər UNEC və Beynəlxalq Mühasiblər Federasiyası arasında strateji əməkdaşlığın gücləndirilməsi baxımından mühüm addım olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
11
qht.az

10Mənbələr