Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs “İnşaatçı-Neftçi” MMC ilə 13 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Xocavənd rayonu, Hadrut qəsəbəsinin və Tuğ kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 12 933 442 manatdır.