AZ

Yer orbitində yeni rekord: 19 astronavt

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) verdiyi məlumata görə, hazırda aşağı Yer orbitində 19 nəfər yerləşir, bu da yeni bir rekorddur.

QHT.az xəbər verir ki, NASA-nın X sosial media hesabında yayımlanan bəyanata görə, Beynəlxalq Kosmik Stansiya (BKS) 19 nəfərlə bəşəriyyət tarixində ən çox astronavta ev sahibliyi edir. Əvvəlki rekord 2023-cü ilin mayında, Beynəlxalq Kosmik Stansiya və Çin Tianqonq kosmik stansiyasında 17 nəfərin olması ilə qeydə alınmışdı.

Sentyabrın 11-də iki rus və bir amerikalının olduğu “Soyuz MS-26” kosmik gəmisi BKS-yə çatıb. Ekipaj üzvləri Roskosmos kosmonavtları Aleksey Ovçinin və İvan Vaqner, həmçinin NASA astronavtı Donald Pettitdir. Onlar orbitdə 202 gün qalacaqlar. Bu müddət ərzində Rusiya proqramı çərçivəsində kosmosa gəzinti, “Proqres MS-29” və “Proqres MS-30” yük gəmilərinin gəlişi və müxtəlif elmi tədqiqatlar aparılacaq.

 

Pərvanə Fərhadqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
qht.az

1Mənbələr