AZ

İkardi - Nara cütlüyü yenə barışıb?

Neçə dəfə küsüb barışdıqlarını bəlkə özləri də bilməyən Mauro İkardi - Vanda Nara cütlüyündən yeni xəbər var.

Bilindiyi kimi bu yay onların arasında ciddi münaqişə yaşanmışdı. Nara boşanma ərizəsi vermiş və uşaqları da götürərək Argentinaya qayıtmışdı. İkardi də bir müddət öncə Argentinaya yollanmışdı. Zədəli olduğu üçün bu aralar ''Qalatasaray''a kömək edə bilməyən təcrübəli forvard vətənində həm müalicəsini davam etdirir, həm də həyat yoldaşı ilə barışmağa cəhd göstərir.

Deyəsən İkardi yenə Vandanın ürəyini almağı bacarıb. Son günlər onlar tez-tez müxtəlif məkanlarda bir yerdə görüntülənirdilər. Vanda hətta ''instaqram''ın hekayə bölümündə İkardi və Maksi Lopesdən olan oğlu Felisiano Lopesin şəklini paylaşaraq ''bu gün iki bombaçı ilə yemək yeyirəm'' ifadəsini yazmışdı. Bu xanım qatıldığı bir verilişdə isə ''dalaşmağı sevmirəm. Nə olursa olsun, biz bir ailəyik. Məni və onu hələ çox bir yerdə görəcəksiz. Məni axtarsa, istədiyi vaxt tapa bilər'' açıqlamasını vermişdi.

Nəhayət, bu ikili bir restoranda axşam yeməyindən çıxarkən görüntüləndi. Özü də kifayət qədər səmimi şəkildə. Müxbirlərin ''barışdızmı'' sualına Nara əvvəlcə cavab verməsə də, barmağı ilə ''xeyr'' mənasını verən bir işarə göstərdi. İkardi də həmin anlarda gülümsəyərək bütün sualları cavabsız qoydu. İndi ''Qalatasaray'' fanatlarını maraqlandıran əsas sual odu ki, bu ikili barışacağı təqdirdə İkardinin klubdakı gələcəyi necə olacaq? Çünki Vanda bundan sonra yalnız Argentinada yaşayacağını və burda bir neçə ciddi layihələrinin olduğunu qeyd etmişdi.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
football-plus.az

1Mənbələr