AZ

Heydər Əliyev Fondu tərəfindən Şamaxıda inşa olunan daha bir məktəb istifadəyə verilib

Heydər Əliyev Fondu tərəfindən inşa edilən Şamaxı rayonunun Hacıqədirli kənd tam orta məktəbi istifadəyə verilib.

“Far.Az”un məlumatına görə, 1975-ci ildə tikilən və tamamilə yararsız vəziyyətə düşən Şamaxı rayonu Hacıqədirli kənd tam orta məktəbi üçün yeni bina inşa olunub.

Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan məktəbdə 132 şagird təhsil ala bilər.

Üç korpusdan ibarət iki mərtəbəli yeni məktəb binasında 10 sinif otağı, fizika və kimya laboratoriyaları, informatika, hərbi təlim, əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var.

Qeyd edək ki, məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
4
far.az

5Mənbələr