AZ

İmişlidə tam orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilib

İmişli rayonu Yalavac kəndində İdris Səfərov adına 624 şagird yerlik tam orta məktəbin binası əsaslı təmir olunaraq istifadəyə verilib.

"Far.Az"un Muğan bürosunun məlumatına görə, binada şagirdlərin təlim-tədrisi üçün müasir standartlara cavab verəcək bütün zəruri şərait yaradılıb.

Açılış mərasimində Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Mil-Muğan regional təhsil idarəsinin, İmişli rayon Təhsil sektorunun nümayəndələri, şəhid ailələri, məktəb kollektivi iştirak ediblər.

Öncə Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi sükutla anılıb.

Çıxış edənlər yeni tədris ili münasibəti ilə məktəb kollektivini təbrik ediblər və dövlət tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söhbət açıblar.

Daha sonra əsaslı təmir olunan binada yaradılan şəraitə baxış keçirilib. Məlumat verilib ki, 624 şagird yerlik təhsil müəssisəsində 24 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, informatika kabineti, texnologiya otağı, məktəbəhazırlıq və çağırışaqədərki hazırlıq kabinetləri, kitabxana, akt zalı, idman zalı və yeməkxana mövcuddur. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işlərinin aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
2
far.az

3Mənbələr