AZ

Türkiyə derbisində inanılmaz statistika

Superliqanın 5-ci turu çərçivəsində baş tutan “Trabzonspor” - Beşiktaş” matçı 1-1 hesabı ilə yekunlaşıb. Ev sahibləri Okay Yokuşlunun 17-ci dəqiqədə vurduğu qolla oyunda önə keçsə də, İstanbul təmsilçisi 39-cu dəqiqədə Cedson Fernandeşlə bərabərliyi təmin edib. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, heç-heçə bitən matçda maraqlı statistika qeydə alınıb. Belə ki, oyunun sonunda “Beşiktaş”ın topa sahibolma nisbəti 75 faizi ötüb. Matçı 10 nəfərlə yekunlaşdıran ev sahibləri oyunun təxminən 10 dəqiqəsində ümumiyyətlə topa sahib ola bilməyib. 

Əldə olunan nəticə ilə, Beşiktaş xallarını 10-a yüksəldərək, 4-cü sırada yer alıb. “Trabzonspor” isə 3 xalla 13-cüdür.  vakansiya 2023


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
yenisabah.az

1Mənbələr