Sentyabrın 16-sı axşam qərb rayonlarından başlayaraq 18-i gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.AFN.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° aşağı enəcək.Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta