AZ

ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir

“Biz Azərbaycan və onun eksklavı Naxçıvan arasında Ermənistan ərazisindən keçən cənub tranzit marşrutunun potensial inkişafı ilə bağlı davam edən müzakirələrdən xəbərdarıq".

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib.

"Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülh razılaşması əldə etmək üçün səylərini dəstəkləyir”, - məlumatda qeyd olunub.

Seçilən
17
operativmedia.az

1Mənbələr