AZ

Ölkənin buğda idxalına çəkdiyi xərc 30% azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 579,9 min ton buğda idxal edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 128,3 milyon ABŞ dolları təşkil edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından isə 30% azdır.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1,01% təşkil edib.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
iqtisadiyyat.az

1Mənbələr