AZ

Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh prosesini alqışlayır

Gürcüstan İrəvanla Bakı arasında sülh müqaviləsinin razılaşdırılması prosesini alqışlayır.

İqtisadiyyat.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə səfərdə olan ermənistanlı həmkarı Nikol Paşinyanla görüşdən sonra mətbuata birgə açıqlamasında deyib.

Nazir qeyd edib ki, ölkə Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsində öz rolunu oynamağa hazırdır:

“Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh sazişi prosesini, xüsusilə də Ermənistanın qonşu ölkələrlə normallaşma səylərini alqışlayır. Biz regionda sülh və sabitliyin təmin edilməsində rol oynamağa hazırıq”

 

Gözəl Həşimova

Seçilən
9
7
iqtisadiyyat.az

8Mənbələr