Bu gün dərs ilinin başlanması ilə əlaqədar Bakının əksər yollarında tıxaclar yaranıb.Orta və ali məktəblərin yaxınlığındakı yollarda, avtovağzaldan "20 Yanvar" dairəsinədək, Xutordan keçmiş K. Marks dairəsinədək olan ərazidə, Binəqədi yolunda, şəhərin mərkəzi küçələrində avtomobillərin sıxlığı və tıxac yaranıb.Tıxacla əlaqədar bəzi avtobuslar yolunu dəyişdirib.Maraqlıdır, nə qədər tədbir görülsə də, maarifləndirmə işləri aparılsa da, hətta sərt cəzalar tətbiq olunsa da, problem həll olunmur. İllərdir müşahidə olunan mənzərə bəllidir. Səhər, günorta, axşam sıxlıq, tıxac...Nəqliyyat eksperti İlqar Hüseynli "Sherg.az"a deyib ki, indiki zamanda əhalinin çox hissəsi övladlarını məktəbə aparıb-gətirmək üçün ictimai nəqliyyatdan istifadə etmir:''Təəssüf ki, problemi yaradan əsas amillərdən biri də məhz, budur. Lakin əhalini qınamaq olmaz. Çünki ictimai nəqliyyat yetərincə keyfiyyətli xidmət göstərə bilmir. Avtobuslar arası stansiya uzun məsafədədir. Həmçinin avtobuslar dolu şəkildə gəldiyi üçün sıxlıq yaranır. Ona görə də valideynlər övladlarını ictimai nəqliyyata etibar etmirlər. Daşınmaların 90 faizi isə şəxsi avtomobillərin, manatlıq taksilərin payına düşür. Fikrimcə, yeni çəkilən zolaqlar belə, paytaxtda tıxacın qarşını ala bilməyəcək. Hər bir halda zamanla nəticəni görəcəyik. Ancaq bu yöndə məktəblərin hər birində "school bus"-lar fəaliyyət göstərsə, tıxacı bir qədər aradan qaldırmaq mümkün olar".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta