Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi Naftalan şəhərinin məktəblərində də 16 sentyabr 2024-cü il tarixdə “Bilik Günü” qeyd edilib.
Ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə ŞİHB-nın müavinləri və məsul əməkdaşları, Regional Təhsil İdarəsinin Goranboy-Naftalan təhsil sektorunun məsul əməkdaşları, təhsil işçiləri, müəllimlər, valideynlər iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edənlər ölkəmizdə təhsil sahəsində aparılan uğurlu islahatlardan, inkişafdan söhbət açaraq Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri diqqət və qayğıdan danışıblar. Ötən tədris ilinin Naftalan şəhəri üçün uğurlu olduğu diqqətə çatdırılıb. Həmçinin Bilik Günü münasibətilə müəllimləri, valideynləri, məktəbliləri təbrik edib, onlara uğurlar arzulayıblar.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ümumtəhsil müəssisələrində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub. Həmçinin birincilər məktəbin həyətində ağac tingləri əkiblər.