AZ

Mərakeş Kralı VI Məhəmməd 683 məhbusu əfv edib

Mərakeş Kralı VI Məhəmməd 683 məhbusun əfv olunması ilə bağlı fərman imzalayıb.

"Cebheinfo.az" xəbər verir ki, fərman Mərakeşin milli bayramı - Müstəqillik Bəyannaməsi Günü münasibətilə imzalanıb.

Kral VI Məhəmmədin qərarına əsasən, əfv fərmanının şamil olunduğu insanların bəziləri cəzalarının çəkilməmiş hissəsindən azad ediləcək, bəzilərinin ömürlük həbs cəzası müəyyən müddətə qədər azaldılacaq.

Qeyd edək ki, hazırda mərakeşli 3 məhkumun ömürlük həbs cəzaları azaldıldılıb, həbssiz mühakimə olunan 157 nəfərin isə bəraət alıb.

Mərakeş Krallığında əfv fərmanları ənənəvi xarakter daşıyır və adətən milli, dini bayramlarla bağlı imzalanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
cebheinfo.az

1Mənbələr