AZ

Gezzal Türkiyədə oynamaqda davam edəcək

Türkiyəli futbolsevərlərə gözəl tanış olan Rəşid Gezzal karyerasını superliqada davam etdirmək qərarına gəlib.

Təcrübəli əlcəzairli vinger ''Çaykur Rizəspor''la ''1+1'' illik müqavilə imzalayıb. 32 yaşlı futbolçu yeni klubunda illik 850 min avro maaş və 150 min avro bonus qazanacaq.

Daha öncə ''Lion'', ''Monako'', ''Lester'' və ''Fiorentina''da top qovmuş Gezzal 2020-ci ildən bu yana ''Beşiktaş''ın şərəfini qoruyurdu. O, 4 mövsüm ərzində İstanbul nəhəngində 1 çempionluq olmaqla 4 titul qazanmış və 123 rəsmi oyunda 17 qol, 33 məhsuldar ötürməlik performans sərgiləmişdi.

Gezzalın bu yay müqavilə müddəti bitdiyi üçün o, ''ağ-qaralar''dan ayrılmışdı.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
football-plus.az

1Mənbələr