AZ

BAMF Prezidenti Umud Mirzəyev BMT-nin UNEP rəsmi şəxsləri ilə müzakirələr aparıb - FOTOLAR

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev, Cenevrə səfəri çərçivəsində BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa ofisinin Siyasət və Tərəfdaşlıqlar üzrə Koordinatoru Vondvosen Asnake Kibret və UNEP-də regional koordinator vəzifəsində çalışan Azərbaycanlı Mahir Əliyev ilə görüşlər keçirib.

QHT.az xəbər verir ki, U.Mirzəyev, UNEP-ə üzv olarkən tanış olduğu Vondvosen Asnake Kibret ilə maraqlı müzakirələr apardığını qeyd edib. Eyni zamanda, UNEP-də regional koordinator vəzifəsində çalışan Mahir Əliyev ilə də ətraf mühit və regional əməkdaşlıq məsələləri barədə ətraflı danışılıb.

Bu görüşlər, UNEP-in ətraf mühitin qorunması və regional əməkdaşlıq sahəsindəki işlərinə dair müzakirələr aparmaq və gələcək layihələr üçün potensial əməkdaşlıq imkanlarını araşdırmaq məqsədini güdür. Umud Mirzəyev, görüşlərin UNEP ilə daha da sıx əməkdaşlığın inkişafına və ətraf mühitin qorunması sahəsində yeni təşəbbüslərin irəliləməsinə töhfə verəcəyini bildirib.

 

Pərvanə Fərhadqızı

QHT.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
qht.az

1Mənbələr