AZ

Azərbaycan “Dubai Port World” ilə tranzit daşımaları əməkdaşlığını müzakirə edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan “Dubai Port World” şirkətinin baş icraçı direktoru Raj Jit Singh Uallia ilə tranzit daşımaları sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıb.

“Report” xəbər verir ki, bunu nazir “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, dünyada tanınmış liman operatorunun nümayəndələri ilə görüşdə Azərbaycan üzərindən keçən tranzit dəhlizlərinin səmərəli fəaliyyəti üçün birgə daşıma texnologiyalarının hazırlanması və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
2
sam.az

3Mənbələr