AZ

''Roma'' ''Qalatasaray''dan 5 qol buraxar''

Məlum olduğu kimi ''Qalatasaray'' uzun müddət ''Roma''lı Nikola Zalevskini heyətinə qatmağa çalışsa da, polşalı futbolçu Türkiyəyə gəlmək istəmədi. Bu üzdən İstanbul nəhəngi son anda ''Frayburq''dan Roland Şallaini transfer etdi.

Bu arada Türkiyə futbolunu yaxından tanıyan Mario Balotelli Zalevskinin ''Qalatasaray''a gəlmək istəməməsini şərh edərkən olduqca maraqlı fikirlər səsləndirib. Ən son ''Adana Dəmirspor''da top qovmuş 34 yaşlı italiyalı futbolçu hazırda klubsuzdu və fərdi şəkildə məşq edir. Balotelli İtaliya mətbuatına bunları deyib:

''İtalyanların böyük əksəriyyəti Türkiyənin bərbad bir ölkə olduğunu, eləcə də Türkiyə futbolunda səviyyənin aşağı olduğunu düşünür. Amma ''Roma'' İndi ''Qalatasaray''la oynasa, 5 qol buraxar. Düzdü, ''Roma''da güclüdü. Demək istəyirəm ki, digər çempionatların da güclü olduğunu bilin. İtaliyada insanlar başqa liqalarda baş verənlərlə də yaxından maraqlanmalıdı''.

ƏLİ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
football-plus.az

1Mənbələr