AZ

Türkiyədə bombardir olmuş futbolçunun transferi qalmaqal yaratdı

Bir ara İstanbul nəhənglərinin da gündəmində olan Aaron Bupendzanın son transferi böyük qalmaqala səbəb olub.

Məsələ burasındadı ki, sərbəst oyunçu statusunda olan qambiyalı forvard sentyabrın 8-də Misir təmsilçisi ''Zəmələk'' ilə anlaşmışdı.

Bu klubun rəsmi səhifəsində onunla anlaşma əldə olunduğu və transferin tamamlandığı açıqlanmışdı. Amma birdən-birə qərarını dəyişərək Misirə getmək istəməyən Bupendza ertəsi gün Buxarest ''Rapid''i ilə müqavilə imzaladı! İddialara görə Bupendza ''Zəmələk'' ilə nə vaxt anlaşdığımı xatırlamıram'' açıqlamasını verib. Misir klubu təbii ki, məsələni UEFA-ya daşıyaraq bu futbolçudan şikayət edib. ''Rapid''i hazırda tanınmış rumıniyalı mütəxəssis Marius Şumudika çalışdırır. O da öz növbəsində ''mən olmasaydım, Bupendza bura gəlməyəcəkdi'' açıqlamasını verib.

Ən son ABŞ təmsilçisi ''Sinsinnati''nin şərəfini qoruyan və ötən mövsümü 17 oyun 2 qol, 3 məhsuldar ötürmə göstəriciləri ilə tamamlayan 28 yaşlı hücumçu daha öncə Türkiyədə ''Hatayspor''da çıxış edib. Bu futbolçu 2020/21-də vurduğu 22 qolla Türkiyə çempionatının bombardiri olmuşdu.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
football-plus.az

1Mənbələr