AZ

Avstraliyada 7 şübhəli 14 milyon dollarlıq beynəlxalq investisiya fırıldaqçılığı ilə ittiham olunur

Avstraliyada 7 şübhəli 14 milyon dollarlıq beynəlxalq investisiya fırıldaqçılığı ilə ittiham olunur

Avstraliyanın Viktoriya ştatında saxlanılan 7 nəfər 14 milyon dollar dəyərində beynəlxalq investisiya fırıldaqları etməkdə ittiham olunur.News.com.au-nun məlumatına görə, Viktoriya əyalət polisi 7 nəfərin beynəlxalq investisiya fırıldaqçılığı ittihamı ilə saxlanıldığını açıqlayıb.Polis beynəlxalq sindikat tərəfindən işə götürülən 7 nəfərin 2022-ci ilin avqustundan 2024-cü ilin fevralına qədər özlərini bank və ya birja işçiləri kimi təqdim edərək saxta bank hesabları vasitəsilə qanunsuz olaraq 14 milyon dollardan çox ələ keçirdiklərini bildirib.Hadisə ilə bağlı bir ildən artıqdır araşdırma aparıldığını bildirən polis ölkə daxilində 30 nəfərin aldadıldığını açıqlayıb.Hadisə ilə bağlı istintaqın davam etdiyi açıqlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
afn.az

1Mənbələr