AZ

İş adamının müəmmalı ölümü yenidən araşdırılacaq

Ötən ilin noyabrında “İstanbul NS” klinikasında vəfat edən iş adamı, uzun illər “Natavan” trikotaj fabrikinin rəhbəri olmuş Böyükağa Şükürovun ölümü yenidən araşdırılacaq.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi rayon prokurorunun B.Şükürovun ölüm faktı ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarını ləğv edib.

Məhkəmə toplanmış material üzrə araşdırmaların davam etdirilməsinə qərar verib.

Qeyd edək ki, Böyükağa Şükürovun qardaşı Qabil Şükürov “Qafqazinfo”ya müraciətində onun ölümündə şübhəli məqamların olduğunu iddia etmişdi. Q.Şükürov və digər yaxınları toplanmış materialların Nərimanov Rayon Prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə verilməsi ilə bağlı dövlət rəhbərliyinə müraciət edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
29
bizim.media

10Mənbələr