AZ

Messi Cordanın adını çəkdi

“İnter Mayami”nin və Argentina yığmasının hücumçusu Lionel Messi kimi tarixin ən böyük idmançısı sayması haqda fikirlərini bölüşüb:

“Mənə elə gəlir ki, söhbət idmandan gedirsə, Maykl Cordan dahidi. “Sonuncu rəqs” serialına baxandan sonra bir qədər də maraqlandım, onun haqda daha çox bilgi aldım”.


61 yaşlı Cordan ikiqat olimpiya çempionu, MBA-nın altıqat qalibidi. O, basketboldakı peşəkar karyerası boyunca “Çikaqo” ilə “Vaşinqton”un şərəfini qoruyub. Cordan iki dəfə böyük idmandan gedib və iki dəfə də qayıdıb.

Amerikalı 2009-cu ildə Basketbolun Şöhrət Salonuna, 2015-ci ildə FİBA-nın Şöhrət Salonuna salınıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
football-plus.az

1Mənbələr