AZ

Qərb, Avropa təsisatlarının parlament seçkiləri ilə bağlı qərəzli mövqeyi qəbuledilməzdir



Növbədənkənar parlament seçkiləri arxada qalsa da, lakin hələ də bu seçkilər ətrafında müəyyən imitasiyalar edilməkdədir. Bu günlərdə Avropa İttifaqı və Avropa Şurasının bəzi detalları sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin demokratikliyini şübhə altına almağa çalışıblar.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı açıqlama yayan "Xəbər Mərkəzi" Analitik Qrupu bəyan edib ki, bəzi Qərb, Avropa təsisatlarının seçkilərin demokratikliyini şübhə altına alan açıqlama və bəyanatları Azərbaycana qarşı olan qərəzli yanaşmadan irəli gəlir. Analitik Qrup hesab edir ki, bu kimi təsisatlar bir qayda olaraq bütün seçkilərlə bağlı qeyri-obyektiv yanaşma ortaya qoyurlar:

"Hər kəsə bəllidir ki, 1 sentyabr növbədənkənar parlament seçkiləri azad və ədalətli, demokratik şəraitdə baş tutub. Bunu seçki prosesinə qoşulmuş əksər namizədlər də öz bəyanatları ilə təsdiq ediblər. Bunun qarşılığında bəzi xarici təsisatların seçkilərlə bağlı qərəzli, heç bir məntiqə və fakta əsaslanmayan açıqlamaları imitasiyadan başqa bir şey deyil".

Anar Əliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
newscenter.az

1Mənbələr