“Formula-1” komandalarından “Aston Martin” mühəndis Edrian Nyui ilə müqavilə bağladığını elan edib.
"Football-plus.az" xəbər verir ki, 65 yaşlı britaniyalı uzunmüddətli müqaviləyə imza atıb. Gələn il martın 1-də işə başlayacaq mütəxəssis texniki idarəedici kimi çalışacaq. “Daily Mail” onun ildə 20 milyon funt əməkhaqqı alacağını yazır.
Nyui hazırda “Red Bull”un baş mühəndisi kimi çalışır. “Öküzlər” onun komandadan ayrılacağını mayın 1-də elan edib. Avstriya təmsilçinin press-relizində qeyd olunub ki, Edrian əməkdaşlığın son aylarında diqqətini “Red Bull”un yenu hiperkarı olan RB17-nin hazırlanmasına yönəldəcək.
1988-ci ildən bəri “Formula-1” dünyasında çalışan Nyui əvvəllər “Uilyams” və “Maklaren” ilə də turnirin qalibi olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta