AZ

Naxçıvanda Bilik Günü qeyd olunub

Sentyabrın 16-da Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov Naxçıvan şəhər 12 nömrəli, Kəngərli rayon Xok kənd tam orta məktəblərində və Naxçıvan şəhər 8 nömrəli Körpələr evi-uşaq bağçasında olub, təhsil müəssisələrinin kollektivləri, valideynlər ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən Yeniazerbaycan.com-a bildirilib ki, nazir yeni tədris ili münasibətilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin təbriklərini kollektivlərə çatdırıb, müəssisələrin tədris şəraiti ilə tanış olub.

Qeyd edək ki, muxtar respublikanın bütün məktəblərində Bilik Günü ilə əlaqədar tədbirlər keçirilib, bu tədbirlərdə rayon icra hakimiyyətlərinin və Təhsil şöbələrinin əməkdaşları iştirak ediblər.

Məlumat üçün bildirək ki, 2024-2025-ci tədris ilində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində 52 mindən çox şagird təhsilə başlayıb. Eyni zamanda, 3797 uşaq birinci sinfə gedib, 3171 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunub. Tədris ilinin ilk dərsi “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
yeniazerbaycan.com

2Mənbələr