«Azərbaycanın mövcud mürəkkəb beynəlxalq münasibətlər sistemində uğurlara imza atması qlobal səviyyədə aktuallıq kəsb edən məsələlərin həllinə töhfələr verməsi bəzi Qərb dairələri tərəfindən həzm edilə bilmir. Bu qüvvələr Azərbaycanın güclənməsində maraqlı olmadığından öz ənənələrinə sadiq qalaraq ölkəmizin nüfuzuna xələl gətirmək üçün qarayaxma kampaniyasına rəvac verməkdədirlər. Onlar bunun üçün xristian səlibçiliyindən, islamafobiyaya kimi bütün faktorlardan istifadə edirlər». İctimaimedia.az xəbər verir ki, bunu Ölkə.Az açıqlamasında deputat Cavanşir Feyziyev deyib.
Deputat bildirib ki, Azərbaycanın uğurla hazırlaşdığı qlobal iqlim dəyişikliyinə qarşı COP29 Zirvə toplantısı yaxınlaşdıqca bu qüvvələr daha fəallaşmaqdadır. «Çünki həmin qüvvələr Azərbaycanın qlobal iqlim dəyişikliyi sahəsinə də ciddi töhfələr vermək qabliyyıtinə və potensialına malik olduğunu görürlər. Prezident İlham Əliyevin hər zaman qlobal çağırışlara çevik reaksiya verərək Azərbaycanın nəinki iqtisadi gücü və qüdrətinin artmasına, həmçinin büynəlxalq münasibətlər sistemində ciddi rol oynayan böyük nüfuza malik ölkəyə çevrilməsinə nail olub. Cənab Prezident qlobal çağırışlaırn növbəti mərhələsi kimi, «yaşıl enerji» və «yaşıl iqtisadiyyata» keçid istiqamətində də çevik siyasət yürütməklə beynəlxalq münasibətlər sistemində Azərbaycanın ciddi aktor roluna malik bir ölkə olduğunu ortaya qoyub. Bu da təbbi ki, Qərbdəki anti-Azərbaycan gücləri ciddi narahat edir. Onlar Azərbaycanın bu sahədə də böyük potensiala malik olduğunu bilirlər. Bu baxımdan Azərbaycanın həm güclənməsinə, həm də beynəlxalq nüfuzuna kölgə salmağa çalışırlar. Elə son vaxtlarda Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana dair açıqladığı səyahət xəbərdarlığı, AŞPA-nın almaniyalı deputatı Frank Şvabenin ölkəmizə qarşı əsassız və qərəzli açıqlamalarla çıxış etməsi bunun bariz nümunəsidir. Əslində bu cür hücumlar Azərbaycan üçün yenilik deyil. Azərbaycan illərdir belə hücumların, qərəzli siyasətin şahidi olmaqdadır. Qərbin Azərbaycanın uğurlarına kölgə salmaq üçün çıxmadıqları oyunlar qalmayıb. Biz növbəti dəfə bu cür sifarişlər əsasında ölkəmizə qarşı əsassız və qərəzli fəaliyyətin şahidi oluruq», — o qeyd edib.Deputat onu da əlavə edib ki, bu ölkələr bir zamanlar Ermənistanın işğlaçılıq siyasətinə dəstək verirdilərsə, indi də Ermənistanı yenidən silahlandırma yolunu seçməklə Cənubi Qafqazda dayanıqlı sülhə, sabitliyə və əməkdaşlığa mane olub gərginlik yaratmaq istəyirlər: «Amma bu qüvvələr indiyədək Azərbaycanı tutduğu yoldan döndərə bilməybilər və bundan sonra da döndərməsi qeyri-mümkündür. Azərbaycan növbəti uğurlara imza atmaqla həmin Qərbdəki dairələrin oyunlarını iflasa uğradacaq. Azərbaycan düşmənlərini, istəməyənləri beynəlxalq miyqasda sülhə, sabitliyə. inkişafı. təhlükəsizlik sisteminə verdiyi real töhfə ilə məyus etməyi çox gözəl bacarır. Azərbaycan növbəti mərhələlərdə də yürütdüyü siyasətlə nəinki dövlətin güclənməsi və qüdrətlənməsinə nail olacaq, eyni zamanda beynəlxalq münasibətlərə sistemində yeni-yeni qələbələrə imza atmaqla düşmənlərini pərişan edəcək».
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta