AZ

Gömrük Akademiyasında yeni tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirilib - FOTOLAR

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Bilik günü” və yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni tədris ilinin başlanması münasibətilə professor-müəllim heyətini, tələbələri və valideynləri təbrik edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil siyasəti nəticəsində yüksəkixtisaslı milli kadrlar yetişdirilir, mühüm elmi nailiyyətlər əldə olunur.

Yeni tədris ilinin ölkəmizin bütün ərazilərindəki məktəblərin, o cümlədən “Qarabağ” Universitetinin fəaliyyətə başlaması ilə əlamətdar olduğu diqqətə çatdırılıb. Zəfər qazanmış ölkəmizin uğurlu gələcəyi naminə gənclərə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək və yüksəkixtisaslı kadrlar kimi inkişaf etmək tövsiyə olunub.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov pedaqoji heyətin qarşıda duran bütün vəzifələrin öhdəsindən uğurla gələcəyinə əminliyini ifadə edib, yeni tədris ilində tələbələrə uğurlar arzulayıb.

Sonda qəbul zamanı yüksək bal toplayan I kurs tələbələrinə tələbə biletləri və xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasında bakalavriat və magistratura səviyyəsi üzrə ümumilikdə 150 tələbə təhsil almaq hüququ qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
qht.az

1Mənbələr