ABŞ-nin Texas ştatında boru kəmərində baş verən partlayışdan sonra yanğın başlayıb.
seher.media xəbər verir ki, bu barədə ABC13 telekanalı məlumat yayıb.
La-port adlı ərazidə baş verən yanğın sürətlə ətrafa yayılıb. Beləliklə də alovlar partlayış yerinin yaxınlığındakı park ərazisinə keçib.
Hakimiyyət fövqəladə vəziyyətin yaxınlığında yaşayan sakinlərin təxliyyəsini təşkil etməyə başlayıb.