AZ

Qazaxıstanla Almaniya arasında bir sıra sənədlər imzalanıb

Almaniyanın Federal Kansleri Olaf Şoltsun Qazaxıstana rəsmi səfəri çərçivəsində ölkələr arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlər imzalanıb.

“İki sahil” Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, danışıqların yekununa dair Prezident Kasım-Jomart Tokayev və Kansler Olaf Şolts Qazaxıstan Respublikası ilə Almaniya arasında əməkdaşlıq haqqında Birgə Bəyannamə qəbul ediblər.

Rəsmi nümayəndə heyətlərinin üzvləri aşağıdakı sənədləri imzalayıblar:

“Doyçe Bundesbank və Qazaxıstan Respublikasının Milli Bankı arasında Mərkəzi banklar arasında əməkdaşlığın texniki məsələləri barədə Anlaşma Memorandumu”;

Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi və Almaniya Federativ Respublikasının Federal Xarici İşlər Nazirliyi arasında Serikbayev adına Şərqi Qazaxıstan Texniki Universitetinin nəzdində Qazaxıstan - Almaniya Elm və Texnologiya İnstitutunun yaradılmasına dair Niyyət Memorandumu”;

“Qazaxıstan Respublikasının Təhsil Nazirliyi, “Samruk Kazına” Milli Rifah Fondu SC, “Renessans” Qazax Almanlar Assosiasiyası İctima Fondu və Almaniya Federativ Respublikası Federal Xarici İşlər Nazirliyi arasında Qazax-Alman məktəbinin yaradılmasına dair Niyyət Memorandumu”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
2
ikisahil.az

3Mənbələr