AZ

ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylərini əsirgəməyəcək - Blinken

Bakı. TurkicWorld

ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcək.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.

Seçilən
30
34
turkic.world

10Mənbələr