AZ

Maduro sui-qəsd cəhdindən sonra Trampa məsləhət verib

Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdini pisləyib və təşkilatçıları tapmaq üçün ona hücumları müstəqil şəkildə araşdırmağı tövsiyə edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Maduro Venesuela xalqı adından Respublikaçılara "bu sui-qəsd cəhdini qəti şəkildə rədd etdiyini" bildirib.

"Mən sizə deyirəm: istintaq tələb edin, bu hücumla bağlı şəxsi araşdırma aparın ki, kimin əmri verdiyi, kimin rəhbərlik etdiyi, kimin bu cür hadisələri yerindən tərpətdiyi barədə həqiqət üzə çıxsın, sizə cansağlığı və uzun ömür arzulayıram",  -  prezident ifadə edib.

Gülayə Mecid 

Seçilən
80
37
unikal.az

10Mənbələr