AZ

“Mir Cəlal. “Nizami Gəncəvi dünyası” kitabının təqdimatı

“Ədibin Evi” və Türk Mədəniyyəti və İrsi Fondunun ortaq layihəsi olan yeni kitab “Türk dünyasının görkəmli şəxsiyyətləri” seriya nəşrlərinin bir hissəsidir. 

Xatırladaq ki, bu seriyadan ilk nəşr Prezident İlham Əliyevin sərəncamı ilə bu il 530 illik yubileyi qeyd edilən dahi şair Məhəmməd Füzuli haqqında “Heydər Əliyev və Məhəmməd Füzuli” kitabı olub. 

Türk Mədəniyyəti və İrsi Fondu­nun baş qərargahında keçirilən təqdimat mərasimində görkəmli yazıçılar, şairlər, ədəbiyyatşünaslar, eləcə də türk dünyası­nın Bakıdakı diplomatik korpusunun nü­mayəndələri və aparıcı media üzvləri işti­rak ediblər.

Tədbirdə çıxış edən “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva vurğu­layıb ki, Nizami Türk dünyası ədəbiyyatı­nın sütun imzalarındadnıdr. Onun irsi ya­randığı gündən əsərlərində tərənnüm etdiyi bəşəri dəyərlərlə yanaşı, türk təfəkkürünü təbliğ etdiyinə görə Türk dünyasında nü­munə, ilham və təlqin mənbəyinə çevrilib. 

Türk Mədəniyyəti və İrsi Fondu pre­zidenti Aktotı Raimkulova bildirib ki, “Türk dünyasının görkəmli şəxsiyyətləri” seriyası ilə yanaşı, Fond, həmçinin “Türk dünyasının ədəbi inciləri” və “Türk dün­yasının elmi inciləri” adlı kitab seriyası da nəşr edir. O, yeni nəşrin kitabsevərlər tərəfindən yüksək rəğbətlə qarşılanacağına inanını ifadə edib. 

AYB-nin Gənclər Şurasının sədri, şair Fərid Hüseyn, BDU-nun professoru Təh­sin Mütəllimov, akademik Rafael Hüsey­nov, Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışlarında Nizami Gəncəvinin mənəvi dünyasının Azərbaycan ədəbiyya­tında yaratdığı izlərin Mir Cəlal yaradıcı­lığında dərindən araşdırıldığını və gələcək nəsillər üçün ədədi miras kimi qalacağını qeyd ediblər.

Mir Cəlalın oğlu, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev türk xalqları­nın ədəbi şəxsiyyətlərinin yaradıcılığının tanıdılmasının əhəmiyyətini vurğulayıb və Türk Mədəniyyəti və İrsi Fonduna fəaliy­yətində uğurlar arzulayıb.

XQ

Seçilən
37
2
xalqqazeti.az

5Mənbələr