AZ

Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 22,6 faiz artıb

2024-cü ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 4.903 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Onların 4.695-i fiziki şəxslər, 208-i isə hüquqi şəxslər və digər təşkilatlar olub. Qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 22,6 faiz artıb.

Bu ilin 8 ayında kommersiya qurumlarının 65,9 faizi elektron qaydada, 34,1 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

Seçilən
17
4
vergiler.az

5Mənbələr