AZ

Dünya Bankının regional direktoru ilə görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya üçün dayanıqlı İnkişaf üzrə regional direktoru Sameh Naquib Vahba ilə görüşüb.

Görüşdə Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Birgə layihələrin ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafı, infrastruktur, bərk məişət tullantılarının idarə edilməsi, kənd təsərrüfatı və digər sahələrə töhfə verdiyi vurğulanıb. Bankla potensial əməkdaşlıq sahələri, növbəti illər üzrə prioritet layihələr, ölkəmizdə həyata keçirilən bərpa olunan enerji layihələri, məşğulluğa dəstək istiqamətində atılan addımlar, eləcə də dövlətə məxsus müəssisələrin dəstəklənməsi istiqamətində Bank tərəfindən aparılan araşdırmalar barədə məlumat verilib, COP29 çərçivəsində tərəfdaşlıq imkanları müzakirə edilib.

Tərəflər “Yaşıl və dayanıqlı şəhərlər” layihəsi çərçivəsində birgə fəaliyyət, Bakının su təchizatı və kanalizasiya sistemlərinin bərpası, kənd təsərrüfatı və irriqasiya sistemlərində smart həllər, həmçinin 2025-2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivə sənədi barədə fikir mübadiləsi aparıblar. Sənəd Milli Prioritetlərə uyğunlaşdırılmış investisiya proqramları və texniki yardımı əhatə edir.

Seçilən
4
18
vergiler.az

10Mənbələr