AZ

"Təhsil qanunvericiliyi təhsil sistemindəki problemlərin qarşısını alır" - Zenfira Mustafayeva

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a özəl açıqlamasında təhsil verən hər bir şəxsin Azərbaycan Respublikasının Təhsil haqqında qanunvericiliyi ilə tanış olmasının vacibliyini vurğulayıb. QHT sədri bildirib ki, qanunvericiliyin məqsədi vətəndaşların konstitusiya hüquqlarını təmin etmək, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələrini düzgün müəyyənləşdirmək, həmçinin təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatlar yaratmaqdır.

O, qanunvericiliyin əsas prinsiplərindən biri olan humanist yanaşmanın bəzən yaddan çıxarıldığını qeyd edib. Təhsilalanların və təhsil verənlərin hüquqlarının pozulduğu hallarda, Z. Mustafayeva, onların Təhsil Nazirliyinə, Ombudsman Aparatına və Təhsil Nazirliyinin yanında İctimai Şuraya müraciət edə biləcəyini bildirib. Müraciətlərin cavabsız qalmadığını vurğulayan QHT sədri, bu yolla təhsil sistemindəki neqativ halların aradan qaldırılacağını əlavə edib: "Siyasərin əsas prinsiplərindən,biri və əsası hümanistlikdir. Çox təəsüf ki, bəzən bu  yanaşma yaddan çıxır. İstər təhsilalanın, istərsə də təhsilverənin hüquqları bəzi hallarda pozulur. Bu halda həmin şəxslər Təhsil Nazirliyinə,Ambustman Aparatına,Təhsil Nazirliyini yanında İctimai Şuraya yazılı şəkildə və qaynar xəttə müraciət edə bilərlər. Mütləqdir ki, müraciətlər cavabsız qalmır".

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
16
qht.az

1Mənbələr