Miss İsveçrə finalçısının atası qızının başını evlərinin camaşırxanasında zibil torbasında tapıb.
38 yaşlı Kristina Yoksimoviçi əri 41 yaşlı Mark Rieben boğub, parçalayıb və başını kəsib. Əri onun uşaqlıq yolunu çıxarıb və blenderlə püre halına gətirib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, cinayətin detallarını bir ailə dostu MailOnline-a açıqlayıb.
Ailənin yaxın dostu açıqlamasında:
"Kristinanın atası ilk dəfə nəvələrinin bağçasından onları götürmək üçün zəng gələndə şübhələnib. Çünki Kristina qızlarını götürməyə getməmişdi. Bazel uşaqları evə aparanda, Mark Kristinanın harada olduğunu bilmədiyini deyib və qayınatasına içmək üçün bir şey təklif edib. O, saatlarla heç nə olmamış kimi davrandı, qaynatası ilə söhbət etdi, hamıya şam yeməyi hazırlayıb, uşaqları yatırdı. Qayınatası qayınanasını götürməyə getdi. Mark Kristinanın harada olduğunu bilmədiyini və onun bəzən yoxa çıxdığını dedi. Anası onun itkin düşdüyünü polisə bildirmək istədi, lakin Kristinanın yoxa çıxmasının 24 saatı tamam olmadığı üçün onlar heç nə edə bilmədilər. Mark qayınanası ilə danışarkən, Kristinanın atası şübhələnmişdi. O evin hər otağını axtarmağa başladı. Camaşırxananın yerləşdiyi evin zirzəmisinə çatanda orada saç telləri çıxmış iri qara zibil torbasını görüb. O, içəridə qızının kəsilmiş başını tapanda zirzəminin qapısından qışqıraraq küçəyə qaçdı və küçədən keçənlərdən birindən polisə zəng etməsini istədi. Sonra evə qayıtdı və kürəkəni ilə qarşılaşdı. Mark heç kəsin onu tapacağını düşünmürdü. Polislər evə gəlib Markın əllərini qandallayıb apararıb. Mark heç bir peşmançılıq göstərmədi" , - deyə bildirib.