AZ

Amerika qoşunlarının son qrupu Nigeri tərk edib

ABŞ-ın Afrika Komandanlığı (AFRICOM) Amerika kontingentinin Niger Respublikası ərazisindən çıxarılması əməliyyatının başa çatdığını elan edib. Koordinasiya qərargahı hərbçilərlə birlikdə ölkəni tərk edib.

Komandanlıq qeyd edib ki, qoşunların çıxarılması respublikanın silahlı qüvvələri ilə əməkdaşlıq sayəsində “təhlükəsiz, nizam-intizamlı və məsuliyyətli” olub. AFRICOM-un bildirdiyinə görə, ABŞ qoşunları son on ildə Niger qoşunlarına təlim keçib və regionda antiterror əməliyyatlarına dəstək verib.

Niger hökuməti mart ayında ABŞ ilə hərbi əməkdaşlıq sazişini dayandırıb. ABŞ qoşunlarının çıxarılması mayın 19-da geri çəkilmə şərtlərinin qarşılıqlı şəkildə müəyyən edilməsindən sonra başlayıb. İyunun 7-də ABŞ qüvvələri Niameydəki 101 saylı hərbi hava bazasını tərk edib, avqustun 5-də isə AFRICOM Aqadezdəki 201 saylı aviabazadan qoşunların çıxarılmasını elan edib. Amerikalılarla birlikdə alman ordusu ölkəni tərk etdi.

Amerika kontingentinin əvəzinə aprel ayından Rusiya hərbi qulluqçuları ölkəyə gəlməyə başlayıb. Belə ki, aprel ayında 100 rusiyalı hərbi təlimatçı Nigerə gəlib, Rusiya Silahlı Qüvvələrinin hərbi mütəxəssisləri ABŞ-ın keçmiş bazasına baş çəkib.

Oxuməni.az

Seçilən
17
oxumeni.az

1Mənbələr