AZ

Ermənistanda rus dilini fransız dili əvəz edir:Səfir

Bununla bağlı müvafiq memorandumu Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan və Fransanın Ermənistandakı səfiri Olivye Dekotini imzalayıblar.
Nazir vurğulayıb ki, bu təşəbbüs erməni məktəblərində fransız dilini inkişaf etdirmək və populyarlaşdırmaq məqsədi daşıyır.

Rusiya Ermənistanda 40 milyon dollarlıq proqramları reallaşdırır
“Tezliklə fəaliyyətə başlayacaq bu proqram təhsil sistemində aparılan islahatlara tam uyğundur. Yeni standartlara uyğun olaraq biz xarici dillərin tədrisinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirmişik. Proqram fransız dili kurslarının tətbiqini, müasir dərsliklərdən və tədris materiallarından istifadəni, o cümlədən müəllimlərin ixtisasartırma kurslarını nəzərdə tutur",- Andreasyan deyib.

Yerli media isə məsələyə fərqli yanaşıb. Bəzi saytlar yazır ki, bu memorandum ölkədə artıq rus dilinin əsas və vacib dil sayılmadığını göstərir. Bir dən-birə bu qədər məktəbdə fransız dilinin dərindən tədrisinə başlanılması yaxın vaxtlarda məktəblərdə əsas xarici dilin dəyişəcəyindən xəbər verir.
Tural Tağıyev
AzVision.az


Seçilən
18
azvision.az

1Mənbələr