AZ

AFFA üç klubu cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

7Times.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının VI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

 

“Araz-Naxçıvan” – “Kəpəz” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə ev sahibi klub 800 manat cərimə edilib.

 

“Şamaxı” – “Sumqayıt” qarşılaşmasında bölgə təmsilçisinin 4 futbolçusu sarı vərəqə aldığına üçün klub 700 manat cərimə olunub. Həmin görüşdə “Sumqayıt”ın futbolçuları isinmə hərəkətləri zamanı Əsasnamə qaydalarının tələblərini pozduğuna görə “kimyaçılar” 500 manat ziyana düşüb.

Seçilən
23
11
7times.az

10Mənbələr