AZ

Şəhid övladından Türkiyədə keçirilən Beynəlxalq turnirdə yüksək nəticə

Naftalan şəhər UGİM-nin gənc cüdoçusu Qurbanov Sadiq Nadir oğlu Türkiyədə 09-11 sentyabr 2024 tarixlərində keçirilən Beynəlxalq “1922 Edirne” Açıq Cüdo turnirində II yerə layiq görülərək gümüş medal qazanıb.

ŞİH-nin başçısı gənc idmançımızla görüşüb, səmimi təbriklərini çatdırıb, gələcək həyatında və təhsilində uğurlar arzulayıb. Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə edən icra başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın idmanın inkişafını həmişə diqqətdə saxladıqlarını və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini, Cüdo idman növünə böyük önəm verildiyini vurğulayıb.

Şəhid ailəsinin yeganə övladı olan Sadiq ölkə daxili və ölkə xarici yarışlarda iştirak etmiş və 2 dəfə Region birinciliyinin, müxtəlif Beynəlxalq turnirlərin qalibi olaraq, uğurlu nəticələr əldə etmişdir.

Görüşdə idmançımız Sadiq Qurbanov və onun məşqçi müəllimi Fuad Əliyev Fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Qeyd edək ki, 2020-ci il 27 sentyabr tarixində 44 günlük Vətən müharibəsinin ilk günü, Sadiqin ailəsinin ikisi uşaq olmaqla 5 üzvü şəhid olmuşdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
naftalan-ih.gov.az

1Mənbələr