Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib.
Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, Qəmbərli Məmmədhəsən Qəni oğlu 1935-ci ildə Ərdəbildə anadan olub. Alim AMEA-nın Nizami adına Ədəbiyyatı İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb.
M.Qəmbərli 1963-cü ildən etibarən AMEA-da - əvvəlcə Şərqşünaslıq İnstitutunda, daha sonra Ədəbiyyat İnstitutunda elmi fəaliyyətlə məşğul olub. 10-dan çox kitabın, 100-dən çox məqalənin müəllifidir.