"Mən efir adamıyam. 28 ildir Azərbaycan mediasına, dövlətinə, xalqına, millətinə alnıaçıq, üzüağ xidmət edən jurnalistəm, aparıcıyam. Televiziya aparıcısı, əlbəttə ki, televiziyada olmalıdır. Nəhayət ki, mən də qayıtdım".
O daha sonra bildirib ki, baş verən avtomobil qəzasında o, günahkar deyil. vakansiyalar
"İşimlə bağlı istintaq hələ ki, davam edir. Azərbaycanın hüquq-mühafizə orqanlarının bu məsələdə obyektiv qərar çıxaracağına inanıram. Kadrlar var. Kadrlarda da hər şey görünür. Allah qoysa, o kadrlar ictimailəşəndə hamı biləcək ki, mənim orada heç bir günahım yoxdur", - deyə, aparıcı bildirib.
Aytən Səfərova övladlarından da danışıb.
"Balaca oğlun Nizami 1-ci sinfə getdi. Ortancıl oğlum artıq 4-cü sinif şagirdidir. Qızım da 2-ci kurs tələbəsidir. Gələcəyin psixoloqudur. Kliniki psixologiya ixtisasında təhsil alır. Gələcəkdə Azərbaycanda hüquq-mühafizə orqanlarında psixoloq kimi çalışmaq istəyir. İnşallah, təki elə də olsun. 4-cü sinifdə oxuyan oğlum polis olmaq istəyir. Mən elə bilirdim ki, bu sadəcə bir həvəsdir, görürəm ki, yox israrlıdır. Balaca oğlum da hələ heç bilmir məktəb nədir..." - deyə aparıcı bildirib.