AZ

ABŞ-da pərakəndə satışlar gözlənilmədən artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da pərakəndə satışlar gözlənilmədən artım göstərib.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, ölkədə pərakəndə satışlar 0,1 faiz artıb.

Proqnozlar 0,2 faiz azalma istiqamətində idi.

Avtomobil və yanacaq istisna edilməklə pərakəndə satışlar isə aylıq müqayisədə 0,2 faiz artıb. Bu baxımdan proqnozlar 0,3 faizi göstərirdi.

Gözləniləndən daha yaxşı məlumatlar iqtisadiyyatın üçüncü rübdə güclü qalmağa davam etdiyinə işarə edib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
23
banco.az

1Mənbələr