İranın Livandakı səfiri Moctaba Amani şəxsi rabitə qurğusunun partlaması nəticəsində yaralanıb. AFN.az xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.Agentliyin məlumatına görə, səfir peycerdən istifadə edib. İRNA-nın verdiyi məlumata görə isə səfir yüngül xəsarətlər alıb və həyatı üçün təhlükə yoxdur. Hizbullahın qərargahının yerləşdiyi Beyrutun cənub ətraflarında rabitə cihazlarının partlaması nəticəsində onlarla şəxs xəsarət alıb, yaralılar xəstəxanalara aparılıb. Respublika Səhiyyə Nazirliyi yaralıların sayının çox olması ilə əlaqədar ölkədəki bütün tibb müəssisələrinin hazırlığını artırdığını açıqlayıb. Livanın cənubundakı Nəbatiyyə, Səidə və Tire şəhərlərində ölənlərin olduğu bildirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta