AZ

İranda əxlaq polisi qadınları hicaba görə "narahat etməyəcək"

İranda əxlaq polisi qadınları hicaba görə "narahat etməyəcək", İran Prezidenti Məsud Pezeşkian deyib.

Onun bu açıqlaması hicaba görə saxlanmış və polis nəzarətində müəammalı şəkildə vəfat etmiş Məhsa Əminin ölümünün ikinci ildönümünə təsadüf edib.

22 yaşlı Məhsa Əminin ölümündən sonra hicaba qarşı ölkəboyu etirazlar keçirilib.

İranda qadınların hicab geyməsi məcburidir və buna əxlaq polisi nəzarət edir.

Özünün ilk mətbuat konfransında Pezeşkian deyib ki, əxlaq polisi artıq küçədə qadınlarla üz-üzə gəlməməlidir.

"Əxlaq polisi [qadınlara] qarışmamalıdır. Mən qadınları narahat etməmələri üçün vəziyyətə nəzarətdə saxlayacağam", - Pezeşkian vurğulayıb.

Prezidentin bu açıqlamasına hicabın qatı tərəfdarı olan ölkənin ali dini rəhbərliyinin reaksiyası hələ məlum deyil.

Bir neçə gün əvvəl BMT İranda qadınların sərt geyim qaydalarını pozduqlarına görə hələ də zorakı şəkildə cəzalandırılması ilə bağlı tənqid edib.

Videonu Youtube-dan izləyin.

Seçilən
113
bbc.com

1Mənbələr