AZ

Livanda 3 minə yaxın "Hizbullah" üzvü və İran səfiri yaralanıb

Livanın silahlı qruplaşması Hizbullahın 2750 üzvü ölkə boyunca partlayışlar nəticəsində yaralanıb.

Onların istifadə etdiyi peycerlər eyni and partlamağa başlayıb. "Hizbullah" bu hadisəni "müəmmalı" adlandırıb. Yaralananlar arasında İranın Livandakı səfiri də var.

Livan ölənlərin sayının 8 olduğunu açıqlayıb.

Livanın dövlət xəbər agentliyi partlayışların "Hizbullah"ın qalası sayılan paytaxt Beyrutun cənub bölgəsi ilə eyni zamanda, ölkənin bir sıra digər bölgələrində də baş verdiyini deyib.

Livan təhlükəsizlik mənbələri BBC-yə bildiriblər ki, Hizbullah qrupu üzvlərinin bir-birilə ünsiyyət üçün istifadə etdiyi peycerlər İsrail kəşfiyyat xidmətləri tərəfindən sındırılıb.

Keçən oktyabr ayından Qəzza müharibəsi ilə paralel olaraq "Hizbullah"la atışan İsrail ordusu bu iddialara hələ ki, şərh verməyib.

İran-İsrail müharibəsi başlayarsa, Azərbaycan kimin yanında olmalıdır? - Bakıda sorğuİsrailli ekstremist mühacirlər fələstinlilərin yaşadığı Qərb Sahilindəki torpaqları necə sürətlə ələ keçirir?

İsrail "Hizbullah"ı sərhəddən uzaqlaşdırmaq üçün hərbi əməliyyata başlaya biləcəyi barədə dəfələrlə xəbərdarlıq edib.

Keçən ilin oktyabrında Qəzzada İsrail və Həmas arasında müharibənin başlamasından sonra sərhəddə demək olar ki, hər gün atışma baş verir.

Hizbullah Həmasa dəstək olaraq hərəkət etdiyini bildirib. Hər ikisi İran tərəfindən dəstəklənir və İsrail, Böyük Britaniya və digər ölkələr tərəfindən terror təşkilatları kimi tanınırlar.

Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabr ayından bəri ən azı 589 nəfər həlak olub. oOnların böyük əksəriyyəti "Hizbullah" döyüşçüləridir.

İsrail hökuməti bildirir ki, İsrail tərəfində 25 mülki şəxs və 21 təhlükəsizlik qüvvələri üzvü öldürülüb.

Həmas qruplaşması: mənşəyi, hədəfi, müttəfiqləri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
bbc.com

1Mənbələr